EN

Rusiya qazı Ermənistana Azərbaycan üzərindən çatdırılacaq

Rusiya mənşəli mayeləşdirilmiş qaz Ermənistana Azərbaycan ərazisindən keçməklə dəmir yolu marşrutu ilə idxal olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyindən “Sputnik Ermənistan”a bildirilib. Qeyd olunub ki, bu qərar bir sıra mövcud problemlərlə — İrandakı vəziyyət və “Yuxarı Lars” keçid məntəqəsində yaranan sıxlıqlarla əlaqədar qəbul edilib.

Nazirliyin məlumatına görə, mayeləşdirilmiş qazın respublikaya çatdırılması ən yaxın vaxtlarda həyata keçiriləcək.

Aliyə

Chosen
102
16
nocomment.az

10Sources