EN

Qışda ucuz qiymətə dondurulmuş yay meyvəsi Mütəxəssisdən xəbərdarlıq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər subliminasiya olunmuş, yəni, dondurularaq qurudulmuş meyvələr və bu texnologiya ilə hazırlanan məhsullar ölkədə geniş yayılaraq trendə çevrilib. Bu, həm sağlam qida seçimlərinə marağın artması, həm də yeni texnologiyaların qida istehsalında tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirib.Qida eksperti İlkin Şirinov Demokrat.az-a açıqlamasında bildirib ki, istər müasir texnologiyalarla, istərsə də ev şəraitində qurudulmuş meyvələrin həm faydalı, həm də zərərli tərəfləri var:"Əvvəla, meyvələrin qurudulmasında gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalıdır ki, bu, hər kəs üçün vacibdir. Subliminasiya prosesi ilə qurudulmuş meyvələrdə, yəni vakum altında buzun birbaşa buxara çevrilməsi yolu ilə suyun çıxarılması nəticəsində məhsul uzun müddət saxlanıla bilir. Bu prosesdə meyvələr həm dadını, həm də mümkün qədər zülal, mineral maddə və vitaminlərini qoruyur. Bununla belə, suda həll olan bəzi vitaminlər bu prosesdə müəyyən dərəcədə itə bilər".O, bildirib ki, bu qidalarda risklər də mövcuddur: "Əgər məhsula əlavə dadlandırıcılar, rəngləyicilər və şəkər qatılarsa, bu, insulin müqavimətinin pozulmasına, alerjik reaksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, qurudulmuş məhsullar rütubətə həssasdır, düzgün saxlanılmadıqda mikroorqanizmlərin böyüməsi, toksinlərin əmələ gəlməsi və şəkərin miqdarının artması riski yaranır".Ekspert bildirib ki, məhsulların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq markalanma, saxlama şəraiti və müddəti qeyd edilməlidir:"Keyfiyyətsiz məhsullar həm mikrobioloji, həm kimyəvi, həm də fiziki risklər daşıyır. Təbii ki, bütün bu qaydalara əməl olunarsa, məhsullar təhlükəsiz hesab edilə bilər. Məhsulu satışa çıxaran şirkətlər sertifikatlı olmalı, sertifikatsız məhsullar isə birbaşa insan sağlamlığı üçün risk təşkil edir".Qeyd edək ki, sublimasiya olunmuş məhsullar sağlamlıq baxımından faydalı olsa da, istehsal və saxlanma zamanı gigiyena və keyfiyyət standartlarına əməl olunması vacibdir. Əfsanə Kamal

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
demokrat.az

1Sources