EN

Arbeloadan Arda barədə qərar

“Real Madrid”in Kral Kubokunda “Albasete”yə 2-3 hesablı məğlubiyyəti ilə bağlı müzakirələr davam edir. Metbuat.az xəbər verir ki, azarkeşlər futbolçuları tənqid edən şərhlər yazıblar. La Liqanın 20-ci həftəsində “Levante” ilə dogma meydandakı oyunda azarkeşlər “Real” futbolçularını fitə basıblar. Yeni məşqçi Alvaro Arbeloanın “Albasete” ilə matçdakı oyunçu seçimləri birmənalı qarşılanmamışdı. “Levante” ilə oyunda Arda Gülerə start heyətdə şans verməyən Arbeloa, onu ikinci hissədə meydana buraxıb. Arda oyunun ən yaxşısı seçilib və onun fəal oyunu sayəsində “Real” 2-0 hesabı ilə qələbə qazanıb.

Bununla belə, iddialara görə, Alvaro Arbeloa yarımmüdafiədəki futbolçuların oyunundan razı deyil. Onun “Real”ın keçmiş futbolçusu, “Komo”da forma geyinən Niko Pazın transfer edilməsini irəli sürdüyü iddia edilir.

Chosen
115
metbuat.az

1Sources