EN

Alimlər sirli bulud aşkar ediblər » AzadMedia.az

Alimlər

Astronomlar Yerdən təxminən 2 600 işıq ili uzaqlıqda yerləşən Halqa Dumanlığında (Messier 57) qeyri-adi bir quruluş aşkar ediblər. “Çubuq” formasını xatırladan bu sirli bulud alimlərə görə Yer kürəsinin uzaq gələcəkdə üzləşə biləcəyi taleyə işıq sala bilər.
Müşahidələr göstərir ki, sözügedən quruluş dəmir atomlarından ibarətdir və vaxtilə Günəşə bənzər bir ulduzun ətrafında mövcud olmuş qayalı planetin qalıqları ola bilər. Alimlərin ehtimalına görə, ulduz öz xarici qatlarını kosmosa atdığı zaman həmin planet buxarlanıb və nəticədə belə bir iz yaranıb.
Uzunluğu təxminən 3,7 trilyon milə (altı trilyon kilometrə) çatan bu dəmir buludu dumanlığın üzərində aydın şəkildə müşahidə olunur. Halqa Dumanlığı ilk dəfə 1779-cu ildə fransız astronomu Şarl Messye tərəfindən kəşf edilib və uzun illərdir tədqiqat obyektidir.

Yeni kəşf Kanar adalarının La Palma adasında yerləşən Uilyam Herşel Teleskopunda quraşdırılmış WEAVE (WHT Enhanced Area Velocity Explorer) adlı müasir cihazın köməyi ilə həyata keçirilib. Mütəxəssislər bildirirlər ki, məhz bu yeni texnologiya sayəsində əvvəllər görünməyən detallar üzə çıxıb.

Kardiff Universiteti və London Universitet Kollecinin astronomu Rocer Uesson bildirib ki, yaxşı öyrənilmiş hesab edilən kosmik obyektlərin belə yeni müşahidə üsulları ilə gözlənilməz sirrlər ortaya çıxarması elmi baxımdan olduqca həyəcanvericidir.

Chosen
56
1
azadmedia.az

2Sources