EN

Azərbaycanın İsraildəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı. Trend:

19 yanvar tarixində Azərbaycan Respublikasının İsrail DövlətindəSəfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuşdəyirmi masa keçirilmişdir. Tədbirdə İsraildə yaşayan Azərbaycanicmasının fəal nümayəndələri və jurnalistlər iştirak edib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının İsraildəki Səfirliyindən məlumatyayıb.

Tədbir 20 yanvar faciəsində şəhid olmuş şəxslərin xatirəsini yadetmək üçün 1 dəqiqəlik sükutla başlamışdır. Tədbiri giriş sözləriilə açan Azərbaycan Respublikasının İsrail Dövlətində səfiri MuxtarMəmmədov 20 Yanvar hadisələrinə qədər və həmin tarixdən sonrakıdövrdə Azərbaycanda baş verən hadisələrin xronologiyası haqqındadanışıb.

Daha sonra dəyirmi masa iştirakçılarına AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətnəticəsində ölkəmizin öz torpaqlarını azad etdikdən sonraAzərbaycan və Ermənistan arasında başlamış sülh prosesi və ZəngəzurDəhlizi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa vəyenidənqurma işləri, həmçinin həmin ərazilərdə olan mina problemivə ANAMA tərəfindən aparılan fəaliyyət haqqında ətraflı məlumatverilib.

İştirakçılara bu mövzularda statistik məlumatları əks etdirəntəqdimatlar edilib. Azərbaycan icmasının fəal nümayəndələrininAzərbaycan üçün aktual olan məsələlər barədə məlumatlı olması vəyerli ictimaiyyət arasında Azərbaycan həqiqətlərinin yayılmasıməsələləri müzakirə edilib.

.

Chosen
172
2
az.trend.az

3Sources