EN

Mark Qehi “Mançester Siti”yə transfer olundu

Bakı. Trend:

İngilis mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” iləmüqavilə imzalayıb.

Trend xəbər verirki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Mançester Siti” 25 yaşlı İngiltərə millisinin üzvü üçün 23milyon avro ödəyəcək. Futbolçu ilə 2031-ci ilin yayına qədərmüqavilə imzalanıb.

Qeyd edək ki, ötən yay Qehinin təxminən 40 milyon avroya“Liverpul”a keçidi gündəmdə olub, lakin transfer son anda baştutmayıb.

“Çelsi”nin gənclik sisteminin yetirməsi olan Mark Qehi 2021-ciilin yayında 23 milyon avro qarşılığında “Kristal Palas”a transferolunub. Onun London klubu ilə mövcud müqaviləsi 30 iyun 2026-cı iləqədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini55 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Qehi “Kristal Palas”ın heyətində 33 oyunda iştirakedib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
73
8
az.trend.az

10Sources