EN

FİFA Trampa verilən mükafatla bağlı mövqeyini dəyişib?

FİFA Donald Trampa Sülh Mükafatının verilməsiilə bağlı mövqeyini dəyişməyib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.

“FİFA sülh və birlik naminə müstəsna fəaliyyətləri tanımaq üçün illik sülh mükafatı təsis etmək qərarını qətiyyətlə müdafiə edir. FİFA qeyd edir ki, 2025-ci il Nobel Sülh Mükafatı laureatı (Venesuela müxalifətinin lideri Maria Korina Maçado) medalını Prezident Trampa təqdim edib.

FİFA prezident Trampla, eləcə də ev sahibi digər ölkələrin, Kanada və Meksikanın liderləri ilə sıx əlaqələr saxlayır. Bu, məsələn, ABŞ-da Dünya Kubokuna hazırlıqla bağlı Ağ Evin işçi qrupunun yaradılması ilə nəticələnən səmərəli iş əlaqələrinin inkişafına gətirib çıxardı”, – bəyanatda deyilir.

Chosen
47
publika.az

1Sources