EN

Polşada nikah sənədlərində ər və arvad ifadələri dəyişdirilir

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad" ifadələri "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" ifadələri ilə əvəz olunacaq.

APA xəbər verir ki, bu barədə ölkənin Rəqəmsallaşdırma Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, hazırda müvafiq qayda hazırlanır və bu addım Varşavanı digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımağa məcbur edən Avropa Birliyi Ədalət Məhkəməsinin qərarının icrasını təmin etmək üçün zəruridir.

Qeyd edək ki, 25 noyabr 2025-ci ildə AB Ədalət Məhkəməsi iki polyak tərəfindən qaldırılan iddia barədə qərar qəbul edib və Polşanın digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımasını tələb edib.

Hazırda Polşa qanunvericiliyi eyni cinsli nikahları tanımır və ölkə konstitusiyası nikahı kişi ilə qadının birliyi kimi müəyyən edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
8
apa.az

9Sources