Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Publika.az xəbər verir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunur.
İndiyədək bu nüfuzlu mükafata layiq görülənlər sırasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliça Raniyə əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhər Şərifinin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İMAD Assosiasiyasının təsisçisi Lətifə İbn Ziyaten, Keniyadan sülh fəalı Şəmsa Əbubəkr Fadhil, eləcə də Barbadosun Baş naziri Mia Amor Mottley yer alır.