EN

Qvatemala həbsxanalarında iğtişaşlar 7 polis öldürüldü

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qvatemalada həbsxanada baş verən iğtişaşlarda 7 polisin öldürülməsindən sonra ölkədə 30 günlük fövqəladə vəziyyət elan edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Bernardo Arevalo bildirib.

O qeyd edib ki, cinayətkar dəstələr hökumətə təzyiq göstərmək üçün zorakılığa əl atırlar:

“Onlar həbsxanalarda iğtişaşlara başladılar və tələblərinin qəbul olunması üçün polisləri girov götürdülər. Lakin bütün girovlar artıq xilas edilib”.

Qvatemala prezidenti hökumətin cinayətkar dəstələrlə mübarizədə təhlükəsizlik siyasətinin nəticə verdiyini, vəziyyəti daha da yaxşılaşdırmaq üçün 30 günlük fövqəladə vəziyyət elan edildiyini vurğulayıb.

Daxili işlər naziri Marko Antonio Villeda isə baş verən iğtişaşlarda 7 polisin öldürüldüyünü, 10 nəfərin yaralandığını və bir dəstə üzvünün zərərsizləşdirildiyini açıqlayıb. O, hadisələrdə iştirak etdiyi aşkarlanan 7 şübhəlinin saxlanıldığını da əlavə edib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
113
525.az

1Sources