London təmsilçisi "Tottenhem"də gözlənilməz məşqçi dəyişikliyi gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "talkSPORT"un iddiasına görə, Tomas Frankın istefaya göndəriləcəyi təqdirdə, klub rəhbərliyi müvəqqəti məşqçi ilə mövsümü başa vurub, dünya çempionatından sonra Maurisio Poçettinonu geri gətirməyi planlaşdırır.
Hazırda ABŞ millisinə rəhbərlik edən Poçettinonun turnirdən sonra yenidən London klubuna qayıtmağa hazır olduğu bildirilir.
Bu qərarda klubun icraçı direktoru Vinay Venkateshamın əsas rol oynayacağı gözlənilir.