EN

Həkim uzunömürlülük üçün yaşlara görə əsas tövsiyələri açıqladı » AzadMedia.az


Həkim uzunömürlülük üçün yaşlara görə əsas tövsiyələri açıqladı. 30 yaşda əzələ kütləsinin artırılmasına diqqət yetirmək, 40 yaşdan etibarən isə mütəmadi tibbi müayinələrdən keçmək ömrün uzadılması üçün vacibdir. Bu barədə Çikaqo Universitetinin Pritsker Tibb Məktəbinin həkimi İen K. Smit Daily Mirror nəşrinə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, 30 yaşdan etibarən orqanizmdə ilk metabolik dəyişikliklər başlayır, lakin bədən hələ də qocalmaya yaxşı müqavimət göstərir. Bu dövrdə əsas məqsəd profilaktikadır. Həkim qidalanmada azyağlı zülallara, bitki mənşəli məhsullara və faydalı yağlara üstünlük verməyi, ultraemal olunmuş qidalardan uzaq durmağı və mütəmadi idmanla məşğul olmağı tövsiyə edir. Onun fikrincə, bu yaşda əzələ kütləsinin artırılması və qorunması gələcəkdə xəstəlik riskini azaldır.
“40 yaşda diqqət resursların toplanmasından daha çox onların qorunmasına yönəlməlidir. Bu mərhələdə qidalanmaya daha ciddi nəzarət etmək, travmalardan yayınaraq şüurlu şəkildə məşq etmək və müntəzəm tibbi müayinələrdən keçmək vacibdir. Məhz bu yaşda problemlərin erkən aşkarlanması həlledici rol oynaya bilər”, – deyə həkim vurğulayıb.
Smit bildirib ki, 50 yaşdan sonra əzələ itkisi sürətlənir, iltihabi proseslər artır və xroniki xəstəlik riski yüksəlir. Buna görə də əsas prioritet çəkiyə nəzarətdən çox orqanizmin davamlılığının qorunmasıdır. O, faydalı yağların və bitki mənşəli qidaların payının artırılmasını, eləcə də oynaq hərəkətliliyinə yönəlmiş məşqlərə xüsusi diqqət yetirilməsini tövsiyə edir.
Həkimin sözlərinə görə, 60 yaşdan sonra əsas məqsəd müstəqilliyi qorumaqdır. Daimi hərəkət, fiziki aktivliyin saxlanması və idrak funksiyalarının məqsədyönlü şəkildə inkişaf etdirilməsi həyat keyfiyyətini və müstəqil yaşam müddətini uzatmağa kömək edir.
Chosen
171
2
azadmedia.az

3Sources