525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yaponiyada erkən parlament seçkiləri keçiriləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Takaiçi Sanae bildirib.
O, Nümayəndələr Palatasının 23 yanvarda erkən seçkilər üçün buraxılacağını açıqlayıb.
2025-ci ilin oktyabrında Yaponiyanın ilk qadın Baş naziri olan Takaiçi, erkən seçki qərarının onun vəzifəsini riskə atdığını deyib: “Baş nazir postumda qalıb-qalmayacağıma qoy, seçicilər qərar versin”.
Qeyd edək ki, seçki kampaniyasının 27 yanvarda başlaması və səsvermənin 8 fevralda keçirilməsi gözlənilir.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.