EN

Aztürk Holding Ucar rayonu üçün yeni investisiya perspektivlərini dəyərləndirdi




Yanvarın 19-da Aztürk Holding-in prezidenti Güləli Bağırov, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Həmzə oğlu Məmmədov ilə görüş keçirib.

Newscenter.az Aztürk Holding-ə istinadən bildirir ki, görüş zamanı Ucar rayonunda investisiya imkanları, regionun sosial-iqtisadi inkişaf potensialı, eləcə də yerli infrastruktur, kənd təsərrüfatı və logistika sahələrinə sərmayə qoyuluşu perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Güləli Bağırov çıxışında Aztürk Holding-in Azərbaycanın regionlarında dayanıqlı inkişafı prioritet hesab etdiyini, Ucar rayonunun isə strateji və iqtisadi baxımdan böyük potensiala malik olduğunu vurğulayıb. Bildirilib ki, Holding tərəfindən bölgədə yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın gücləndirilməsinə yönəlmiş layihələrin icrası nəzərdən keçirilir.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov isə öz növbəsində dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini qeyd edib, Aztürk Holding ilə birgə layihələrin həyata keçirilməsi üçün hər cür institusional dəstəyin göstəriləcəyini bildirib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv mühitdə keçib, tərəflər yaxın gələcəkdə konkret investisiya layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Süleyman
Chosen
56
1
newscenter.az

2Sources