EN

Ronaldo məhkəmədə “Yuventus”a qalib gəldi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo keçmiş klubu “Yuventus”a qarşı apelyasiya məhkəməsində növbəti qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı ulduz Turin təmsilçisindən təxminən 9.8  milyon avro məbləğində vəsaiti geri almaq hüququnu rəsmən təsdiqlədib. Məlumata görə, Turin əmək məhkəməsi klubun əvvəlki arbitraj qərarından verdiyi şikayəti rədd edərək Ronaldonun lehinə yekun hökm çıxarıb.

Qeyd edək ki, məhkəmə çəkişməsi pandemiya dövründə maaşların dondurulması ilə bağlı gizli razılaşmadan sonra ortaya çıxıb. Belə ki, “Yuventus” Ronaldoya 19,6 milyon avro borclu olsa da, məhkəmə tərəflərin hər ikisini məsuliyyətli hesab edərək məbləği yarıya bölmüşdü. İndiki qərarla klub 9,8 milyon avronu futbolçuya tam şəkildə ödəməli olacaq. Artıq ödənilmiş hissənin isə geri qaytarılması tələbi rədd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
8
qafqazinfo.az

10Sources