EN

Netanyahu İranı hədələdi: "Görünməmiş güclə cavab verəcəyik"

"İran tərəfindən ehtimal olunan hücum baş verərsə, İsrail görünməmiş güclə cavab verəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib.

"Əgər İran səhvə yol verib bizə hücum edərsə, əvvəllər görülməmiş güclə hərəkət edəcəyik", - deyə o vurğulayıb.

Netanyahu əlavə edib ki, nə olursa-olsun, İran artıq əvvəlki vəziyyətinə qayıtmayacaq.

Milli.Az

Chosen
50
3
milli.az

10Sources