EN

Türkan Hüseyn: Kapitanların hekayəsini klassik sənədli formada təqdim etmək mümkün olmadı

Bakı, 20 yanvar, AZƏRTAC

“Kapitan və Xəzər dənizi” filminin ideyası altı il əvvəl yaranıb. Lakin film üzərində işləyərkən klassik təqdimat formasından imtina edərək daha orijinal yanaşma seçdik. Nəticədə ekran əsəri animasiya formatında ərsəyə gəldi.

Bunu AZƏRTAC-a açıqlamasında “Kapitan və Xəzər dənizi” filminin rejissoru və ssenari müəllifi Türkan Hüseyn deyib.

Onun sözlərinə görə, kapitanların hekayəsini klassik sənədli formada təqdim etmək mümkün olmadı.

“1990-cı illərdə telefon və digər texniki imkanlar olmadığından heç bir sənədləşmə mövcud deyildi. Dənizdə baş verən hadisələr yalnız dənizdə qalıb. Kapitanların bu görünməyən hekayəsini danışmaq üçün animasiyaya müraciət etdik. Paralel olaraq Nizami Abbasın şəxsi arxivindən təqdim etdiyi materiallardan istifadə etdik və filmi iki xətt üzrə qurduq - arxiv görüntülər və animasiya. Hekayə bir gün ərzində jurnalistlərin şəhərdə çəkdikləri görüntülərlə kapitanların dənizdə yaşadıqları hadisələrin paralel şəkildə davam etməsi üzərində qurulub”,- deyə T.Hüseyn əlavə edib.

Chosen
69
azertag.az

1Sources