“Mançester Siti” Vinisius Junioru bu ilin yanvarında və ya yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduz üçün mübarizədə “şəhərlilər” tək deyil.

Məlumata görə, “Mançester Siti” klubu “Bayern Münhen”, “Çelsi” və “Əl-Nəsr” klubları ilə ciddi rəqabət aparmalı olacaq.

Bildirilir ki, şəxsi şərtlər problem yaratmayacaq. Çünki Vinisius Juniorun “Real Madrid”dən ayrılmaq istədiyi qeyd olunur.

Braziliyalı futbolçunun transferi maraqlı klublara, o cümlədən “Mançester Siti”yə təxminən 150 milyon avroya başa gələ bilər.