İçkili halda Tiktokda canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.BUTA.TVLent.az-a istinadən xəbər verir ki, o bu barədə video yayıb. “Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib. Qeyd edək ki, onun içkili halda paylaşdığı video narazılığa səbəb olmuşdu, xanımının isə buna görə istefa ərizəsi yazdığı iddia edilir.