EN

Azərbaycanda ayların adları dəyişdirilir?

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycanda ayların adları əvvəllər fərqli olub. Məsələn, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr “əkin”, noyabr “güzdək”, dekabr isə “aralıq” adlandırılıb.

Ay adlarını yenidən dilimizə uyğunlaşdırmaq mümkündürmü?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a tarixçi alim Zaur Əliyev danışıb. O deyib ki, uzun illər əvvəl ayların adı iqlimlə əlaqələndirilib:

“Məsələn, fevral – boz ay, mart – çıxçömbəl, oğlaqqıran ay, aprel – leysan, may – ağlargülər, iyun – vaynənə, iyul – qorabişirən, avqust – quyruq donan (bəzi yerlərdə quyruq doğan), elqovan, sentyabr – solyan, oktyabr – elköçdü, noyabr – qırovdüşən və sair adlandırılıb. Qədim dövrlərdə Azərbaycan türkləri ayları təbiətdə baş verən bioloji və iqlim dəyişikliklərinə (fenologiyaya) uyğun adlandırırdılar. İslamdan əvvəlki və erkən orta əsrlərdə Azərbaycanın yerli türk tayfaları təbiət hadisələrinə və təsərrüfat dövrlərinə əsaslanan adlardan istifadə edirdilər”.

Tarixçi bildirib ki, təqvimdəki ayrı-ayrı kəsim adları həmin dövrlərin ən xarakterik xüsusiyyətini poetik şəkildə əks etdirir:

Chosen
65
7
publika.az

8Sources