EN

Nə üçün böyük vəzifələr tutmuş məmurlar azad mətbuata üz tuturlar? KEÇMİŞ MTN ZABİTİ YAZIR

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nə üçün böyük vəzifələr tutmuş məmurlar azad mətbuata üz tuturlar?

1. Vəzifədə olarkən mətbuat niyə “pis idi”?

Böyük vəzifə tutan məmur üçün mətbuat adətən 3 təhlükə yaradır:

1) Nəzarət təhlükəsi

Azad mətbuat sual verir, fakt axtarır, hesabat tələb edir. Hakimiyyət isə sualı yox, itaəti sevir.

2) Narrativə nəzarət itkisi

Vəzifədə olan adam “həqiqəti” özü müəyyən etmək istəyir. Azad media bu monopolu dağıdır.

3) Şəxsi toxunulmazlıq illüziyası

Məmur vəzifədə olarkən özünü sistemin özü kimi görür. Tənqid ona görə “dövlətə hücum” kimi təqdim olunur.

Ona görə də vəzifədə ikən mətbuat:

• “qərəzli”,

• “xarici qüvvələrin aləti”,

• “sifarişli”

elan olunur.

Bu, özünüqoruma refleksidir, ideoloji mövqe deyil.

2. Vəzifə gedəndən sonra nə dəyişir?

Vəzifə gedir və birdən-birə üç şey baş verir:

a) Səs itkisi

Dünən məmurun sözünü icra edənlər bu gün cavab vermir. Telefonlar açılmır.

İnsan ilk dəfə anlayır ki, onu dinlədən şəxsiyyəti yox, kreslo imiş.

b) Risk altına düşmə

– dünən qorunan dosyalar

– bu gün xatırlanır

İnsan özünü müdafiə etməyə məcbur qalır.

c) Həqiqəti demək ehtiyacı

Bəzən bu səmimidir, bəzən gecikmiş peşmanlıqdır, bəzən isə sadəcə öz versiyasını tarixə yazmaq cəhdi.

Bu nöqtədə dünən söyülən azad mətbuat birdən-birə:

• “vicdanlı”,

• “cəsarətli”,

• “yeganə platforma” olur.

Çünki başqa tribuna qalmayıb.

Cavanşir Vəliyev

Keçmiş təhlükəsizlik zabiti

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
141
icma.az

1Sources