EN

Çempionlar Liqası: 7-ci tur start götürür

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu start götürür.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Bu gün Avropa nəhənglərindən "Mançester Siti" "Budyo Qlimt"in, "Arsenal" "İnter"in, PSJ "Sportinq"in, "Borussiya Dortmund" "Tottenhem"in qonağı olacaq. "Real Madrid" doğma meydanda "Monako"nu sınağa çəkəcək. "Kayrat" son ev oyununda "Brügge" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanı ÇL-də təmsil edən "Qarabağ"ın 7-ci turda qarşılaşacağı "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
20 yanvar

21:45. "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika)
21:45. "Budyo Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə)
00:00. "Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya)
00:00. "İnter" (italiya) - "Arsenal" (İngiltərə)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya)
00:00. "Real Madrid" (İspaniya) - "Monako" (Fransa)
00:00. "Sportinq" (Portuqaliya) - PSJ (Fransa)
00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya Dortmund" (Almaniya)
00:00. "Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland)

Chosen
34
5
fanat.az

10Sources