“Qəbələ”nin legioner futbolçusu hələ də komandaya qoşulmayıb.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Adriel Ba Louadan gedir. Fil dişi sahilli futbolçu komandanın təlim-məşq toplanışında iştirak etmir.
Buna səbəb onun ölkəmizə gələ bilməməsidir. Belə ki, yarımmüdafiəçi viza ilə bağlı problem yaşayır. Ona görə də komanda ilə qış toplanışında iştirak edə bilmədi.
Ba Louanın Azərbaycana nə zaman dönəcəyi bəlli deyil.
Xatırladaq ki, “Qəbələ” ayın 24-də, səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.