EN

Məşhur aktyor Trampın ağzını əydi VİDEO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Britaniyalı məşhur aktyor və komediya ustası Lewis MacLeod-un ABŞ prezidenti Donald Trampı təqlid etdiyi anlar sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, sözügedən görüntülər qısa zamanda viral yayılaraq izləyənləri güldürüb.

Videoda MacLeod Trampın danışıq tərzini, mimikalarını və jestlərini olduqca real şəkildə canlandırıb. Onun ironik yanaşması və detallara verdiyi diqqət izləyicilərin xüsusi marağına səbəb olub.

Paylaşımın şərh bölməsində çoxsaylı rəylər yazılıb. İstifadəçilərin bir qismi aktyorun yüksək aktyorluq qabiliyyətini tərifləyib, digərləri isə təqlidin Trampa olduqca bənzədiyini qeyd edərək görüntüləri yumor dolu adlandırıblar.

Lewis MacLeodun bu çıxışı sosial mediada müzakirələr yaradıb və məşhur aktyorun komediya bacarığını bir daha gündəmə gətirib.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
news.milli.az

2Sources