EN

Ər-arvad olduqlarını düşünən cütlük əslində bacı-qardaş olduqlarını öyrənib

Braziliyada təxminən 20 ildir birlikdə yaşayan bir cütlük həyatlarını alt-üst edən həqiqətlə üzləşib. Onlar əslində bacı-qardaş olduqlarını öyrəniblər.

Editor.az xəbər verir ki, Mirror qəzetinin məlumatına görə, Adriana və Leandro adlı cütlük uzun illərdir özlərini ər-arvad hesab edərək birlikdə yaşayıb və bir qız övladı böyüdüblər. Hər iki şəxs uşaqlıqda anaları tərəfindən tərk edildikləri üçün illər boyu onları tapmağa çalışıblar. Maraqlısı isə odur ki, hər iki ananın adı Maria olub.

Qohumlarını tapmaqda israrlı olan Adriana yardım üçün “Zaman Gəldi” adlı televiziya proqramına müraciət edib. Proqram zamanı bir qadın onun müraciətinə cavab verərək Leandro adlı oğlu olduğunu bildirib. Aparılan araşdırmalar nəticəsində Adriana və Leandronun eyni anadan olduqları üzə çıxıb.

Adriana yaşadığı qorxunu belə ifadə edib:
“Evə qayıdıb Leandronun artıq məni istəməyəcəyini anlamaqdan çox qorxuram. Onu dəlicəsinə sevirəm”.

Qeyd edək ki, Adriana və Leandro rəsmi nikahda olmasalar da, özlərini ər-arvad hesab ediblər. Həqiqəti öyrəndikdən sonra isə birlikdə qalmaq qərarına gəliblər.

Adriana bildirib: “Əlbəttə, əgər bu həqiqəti əvvəldən bilsəydik, hər şey fərqli olardı. Amma biz bilmirdik və bir-birimizə aşiq olduq. Bir çox planlarımız var və heç nə bizi ayıra bilməz”.

//Gülnarə Abasova, Editor.az

Chosen
120
editor.az

1Sources