EN

Ceyhun Bayramovdan İrandakı azərbaycanlılarla bağlı mühüm açıqlama

“Bu məsələ ilə bağlı mütəmadi şəkildə həm Tehrandakı səfirliyimiz, həm də Təbrizdəki baş konsulluğumuz fəaliyyət göstərir”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir İranda olan Azərbaycan vətəndaşlarının vəziyyəti və onların ölkəyə gətirilməsi ilə bağlı görülən tədbirlər barədə danışıb:

“Bu müddət ərzində onların fəaliyyəti bir an belə dayandırılmayıb. İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikdə rəsmi əlaqə vasitələri, telefon nömrələri mövcuddur. Hazırda ciddi bir problem müşahidə etmirik və səfirliklə baş konsulluq bu istiqamətdə tam şəkildə fəaliyyət göstərir”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
86
yenisabah.az

1Sources