EN

XƏBƏRDARLIQ! Yerdə güclü geomaqnit qasırğası başlayıb

Yerdə Günəşin Tac Kütlə Atılmaları nəticəsində yaranan zərbə dalğası səbəbindən G4 (güclü) sinifli maqnit qasırğası başlayıb.

Ekologiya.az bildiri ki, "Report" bu barədə Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, maqnit qasırğası Bakı vaxtı ilə saat 23:38-də G4 səviyyəsinə çatıb.

Qeyd edək ki, daha əvvəl bu gözlənilən kosmik hadisə barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yaymışdı.

Chosen
24
3
ekologiya.az

4Sources