EN

Netanyahu: “Qəzzada Türkiyə əsgərləri olmayacaq”

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında Türkiyə və Qətər hərbçilərinin yerləşdirilməsinə icazə verilməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Məlumata görə, Netanyahu Qəzza ilə bağlı bu mövzuda İsrail və ABŞ arasında fikir ayrılıqlarının olduğunu da etiraf edib.
İsrail Baş naziri sözügedən açıqlamanı ABŞ prezidenti Donald Trampın Türkiyə və Qətər nümayəndələrinin də daxil olduğu “Qəzza Sülh Şurası”nın yaradılması ilə bağlı son bəyanatından sonra verib.
Netanyahu vurğulayıb ki, İsrail Qəzza zolağında nə Türkiyə, nə də Qətər əsgərlərinin yerləşdirilməsini qəbul etməyəcək.

Chosen
55
veteninfo.az

1Sources