EN

Hitlerin əlaltılarının dindirilmə protokolları DƏRC OLUNACAQ

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Federal Arxivi (“Rosarxiv”)Hitlerin nasistləri və Nasist Almaniyasının təslim olması haqqında yeni tarixi sənədlər toplusunu nəşr etməyi planlaşdırır.

“Cebheinfo.az” xəəbər verir ki, bu barədə Rusiya Federal Arxiv Agentliyinin rəhbəri Andrey Artizov danışıb. 

Onun sözlərinə görə, bunlara Reyxin aviasiya naziri Hermann Görinq, Ali Komandanlığın Əməliyyat Rəhbərliyinin Qərargah rəisi Alfred Jodl, Silahlı Qüvvələrin Ali Komandanlığının Qərargah rəisi Vilhelm Keitelin və Karl Dönitzin qeydləri daxildir.

"Nasist cinayətkarlarının məhkəmələrində istifadə edilən ən maraqlı tarixi sənədləri Nasist Almaniyasının ən yüksək hərbi-siyasi rəhbərliyinin dindirmə qeydləridir", - Artizov “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.

“Rosarxiv” rəhbəri vurğulayıb ki, İkinci Dünya müharibəsinin sonu ilə bağlı hadisələrin mənzərəsi daim yenilənir.

Bundan əvvəl müharibə zamanı Konstantinovkada nasist vəhşiliklərinin sübutlar Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən məxfilikdən çıxarılıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
93
1
cebheinfo.az

2Sources