EN

Avropa ölkələrinin “Leopard 2A8” tanklarını “Trophy” sistemləri qoruyacaq

“EuroTrophy GmbH” və “KNDS Deutschland” şirkətləri arasında “Trophy” aktiv müdafiə sistemlərinin tədarükünü əhatə edən 330 milyon avro dəyərində müqavilə imzalanıb.

“Poliqon” “EuroTrophy GmbH”a istinadən xəbər verir ki, “Trophy” sistemləri “KNDS Deutschland” şirkəti tərəfindən Litva, Niderland, Çexiya və Xorvatiya üçün istehsal olunan “Leopard 2A8” tankarına quraşdırılacaq.

Müqaviləyə həmçinin ehtiyat hissələri, kurslar və təlim paketləri, eləcə də sistemin istismar müddəti boyunca dəstəyini təmin etmək üçün tələb olunan digər logistika avadanlıqları daxildir.

“Leopard 2A8” tankı “Trophy”ni standart konfiqurasiyasının bir hissəsi kimi ehtiva edir ki, bu da adı çəkilən ölkələr arasında tam uyğunluq təmin edir.

Bu nailiyyətlə “Trophy”, NATO-nun seçdiyi aktiv müdafiə sisteminə çevrilir və şərq cəbhəsində, eləcə də müasir döyüş meydanında tələb olunan bütün spektr üzrə qorunma imkanlarını təmin edir.

“Trophy” sistemi “Leopard 2”, “Abrams M1” və “Merkava IV” kimi əsas Qərb tankları ilə yanaşı, “Boxer”, “Patria”, “Namer” və digər təkərli və tırtıllı piyada döyüş maşınları kimi daha yüngül platformalara da inteqrasiya edilib.

“EuroTrophy”, İsrailin “Rafael” şirkəti tərəfindən inkişaf etdirilmiş “Trophy” sistemin Avropada istehsalını həyata keçirir. Almaniyada yerləşən şirkət Avropada istehsal olunan, döyüş şəraitində sınaqdan çıxmış və NATO tərəfindən istifadə edilən yeganə aktiv müdafiə sisteminin təminatçısıdır.

Chosen
75
poliqon.az

1Sources