EN

Rusiyada durğunluq bu sahələri məhv etdi

Rusiya sənayesi 2025-ci ildə demək olar ki, artım göstərməyib. Ümumi artım cəmi 0,3 faiz olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vəziyyəti durğunluq kimi dəyərləndirən Təbii Monopoliyalar Problemləri İnstitutu məlumat yayıb.

Elektrik enerjisi istehlakı əsasında hesablanan sənaye istehsalı indeksi dekabr ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb. Sahələr üzrə göstəricilər fərqli olub: ən böyük geriləmə xüsusi texnika və tikinti materiallarının istehsalında qeydə alınıb.

Eyni zamanda müdafiə-sənaye kompleksi və İT sektoru artım nümayiş etdirib.

İqtisadçılar mövcud durğunluğu daxili tələbatın zəifliyi və investisiya fəallığının məhdud qalması ilə izah edirlər.

Sara

Chosen
113
nocomment.az

1Sources