EN

İran səfirinin qovulması ilə bağlı Fransa Prezidentinə müraciət edildi

BAKI, 20 yanvar. TELEQRAF

Fransa Milli Assambleyasının deputatı Erik Siotti İran səfirinin ölkəsindən qovulmasının vaxtının çatdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Artıq İran diktaturasının səfirinin Fransada heç bir yeri yoxdur. Prezident Emmanuel Makrondan xahiş edirəm ki, onu arzuolunmaz şəxs elan etsin və ölkədən qovsun”, - deputat vurğulayıb.

İranın Fransadakı səfiri Məhəmməd Əminnejad ölkəsində etirazların zorakılıqla yatırılmasınımüdafiə edib.

“İslam Respublikasının əlləri qana batmayıb”, - səfir söyləyib.

Chosen
96
1
teleqraf.com

2Sources