"Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində fəaliyyət bir an belə olsa dayanmayıb". 1news.az APA-yaxəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər: "Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir".