20 Yanvar faciəsindən 36 il ötür. Hər il olduğu kimi, buil də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərininxatirəsini dərin ehtiramla yad edir, qəhrəman Vətənövladlarının məzarları üzərinə güllər düzür, onların azadlıqmübarizəsindəki rolunu minnətdarlıq hissləri iləxatırlayırlar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) rektoru, dosent Rüfət Əzizov və universitetinprofessor-müəllim heyəti də 20 Yanvar faciəsinin 36-ci ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər.Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrundahəyatlarını qurban vermiş Vətən övladlarının müqəddəsxatirəsini ehtiramla anılıb, məzarları üzərinə gül dəstələriqoyulub.


