Faktiki hava açıqlanıb.
Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə sulu qar, qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 %-i), Astarada 69 (aylıq normanın 70 %-i), Cəlilabadda 49 (aylıq normanın 77 %-i), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənir.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan MR-da 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.