EN

Neftçi nin legioneri Premyer Liqada üçüncüdür Braqa və Kayzer Çifs in futbolçuları

ain.az bildirir, Sportal.az portalına istinadən.

Bu mövsüm "Neftçi"nin heyətində ən yaxşı performansı göstərən yeni legionerlərindən Freddi Varqası xüsusi qeyd etmək olar. Yayda İsrailin "Makkabi"(Netanya) klubundan icarəyə götürülmüş Varqas daha çox fərdi oyuna üstünlük versə də, "Neftçi"də ümumilikdə 18 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə oynamağı bacarıb. Onun Azərbaycandakı performansı hələ ki Venesuela yığmasının məşqçilər korpusunun diqqətini çəkməyib. Halbuki, o, əvvəllər milli komandaya cəlb edilib. Varqas Azərbaycanda oynamış ilk venesuelalı deyil. 26 yaşlı vingerdən öncə Venesueladan daha iki oyunçu çempionatımızda çıxış edib. Sportal.az həmin futbolçuları təqdim edir:

Penya

Azərbaycan Premyer Liqasında oynamış ilk venesuelalı Lois Angel Penyadır. 2019-cu ildə yarımmüdafiəçi "Keşlə"(indiki "Şamaxı") ilə anlaşmışdı. Amma onun ölkəmizdəki karyerası uğurlu alınmadı və elə həmin il Venesuelaya geri qayıdaraq, “Deportivo La Quayra” ilə müqavilə imzaladı. Azərbaycana gələnə qədər Venesuela yığmasında 15 oyun keçirmiş Penya karyerası ərzində “Braqa”, “Nautiko”, “Karakas” kimi klublarda oynamışdı. O, hazırda karyerasının ilk klubu olan “Estudiantes de Merida”da forma geyinir.

Edson Kastilya

Azərbaycan Premyer Liqasının 2-ci, “Neftçi”nin isə 1-ci venesuelalısı Edson Kastilyadır. Milli komandanın üzvü olan 31 yaşlı yarımmüdafiəçi ilk dəfə legioner həyatını ölkəmizdə yaşayıb. O, 2016-cı ildə “Neftçi” ilə anlaşmışdı. Premyer Liqamızda bir mövsüm oynamış Kastilyo özünü pis tərəfdən göstərməsə də, mövsümün sonunda gəldiyi kluba – “Mineyros”a geri qayıtmışdı. O, Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan ayrılaraq “Karabobo”(Venesuela) klubuna keçib. 

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
sportal.az

3Sources