Bakı. Trend:
Qarlı hava nəticəsində Qobustan rayonunun Təklə-Sündü-Xilmilliavtomobil yolunda çətin vəziyyət yaşanıb. Belə ki, güclü küləknəticəsində yolun hərəkət hissəsi qarla örtülüb, nəqliyyatvasitələrinin hərəkətinə maneə yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-əverilən məlumata görə, qurum tərəfindən əraziyə texnika və canlıqüvvə cəlb olunub. Yolun qardan təmizlənməsi işləriaparılır.Həmçinin yolda qalan sürücülərə kömək göstərilir.