EN

Laçında 20 Yanvar faciəsi qurbanları anıldı

Laçın rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən "Yeni Sabah"a verilən məlumta görə, bu gün saat 12:00-da elan olunan sükut zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib, dövlət bayraqları matəm əlaməti olaraq endirilib.

Azərbaycan xalqının başına gətirilən bu faciə hər kəs tərəfindən dərin ehtiramla yad edilib.

Anım mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Laçında fəaliyyət göstərən qurumların nümayəndələri və sakinlər iştirak ediblər.


Telegram kanalımız
Chosen
155
4
yenisabah.az

5Sources