EN

“Turan Tovuz” “Dinamo”nun futbolçusunu baxışa dəvət etdi Kurban Berdiyev klubun prezidentinin oğluna qiymət verəcək

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Turan Tovuz" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi “Dinamo”nun (Maxaçqala) futbolçusu Şamil Hacıyevi baxışa çağırıb.

20 yaşlı yarımmüdafiəçi Kurban Berdiyevin etimadını qazanmağa çalışacaq. Hacıyev bu mövsüm Rusiya kubokunda 8 matça çıxıb və 1 məhsuldar ötürmə edib.

O, Rusiya Premyer Liqasında isə 6 görüşdə meydana çıxıb. “Smena”nın (Moskva) yetirməsi olan Şamil “Krasnodar”ın aşağı yaş qruplarından ibarət komandalarında da oynayıb.

Hacıyev "Dinamo”nun (Maxaçkala) fəxri prezidenti olan Hacı Hacıyevin oğludur.

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
137
3
sportal.az

5Sources