Ermənistan eyni zamanda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz, çünki bu iki təşkilatda iştirak bir-birinə ziddir.
Missiya.Az Report-a istinadən, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.
S.Lavrov qeyd edib ki, bu məsələni Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla dəfələrlə müzakirə edib.