Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2025-ci ildə Türkiyədə 944 mənzil alıblar.
Banco.az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, bu, illik müqayisədə 78 ədəd və ya 9% çoxdur.
Son ildə azərbaycanlıların Türkiyədən mənzil alışı artsa da, ümumi statistikaya nəzər saldıqda azalma olduğunu görə bilərik. Belə ki, 2022-ci ilə qədər Azərbaycan vətəndaşlarının aldıqları mənzil sayı 1 000-i ötürdü.
2018-25-ci illər ərzində azərbaycanlıların aldıqları ümumi mənzil sayı 9 209 ədəd olub.
İllər üzrə satışlar isə cədvəldəki kimidir:
İllər | Azərbaycanlılara satılan mənzil sayı |
2025 | 944 |
2024 | 866 |
2023 | 832 |
2022 | 1 330 |
2021 | 1 517 |
2020 | 1 279 |
2019 | 1 191 |
2018 | 1 250 |
Bizi sosial şəbəkələrdən izləyin!!