Yazını böyüt
Yazını kiçilt
Yanvarın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Hafta.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.