EN

Moskva Ermənistanı TƏHDİD ETDİ

Moskva İrəvanı Aİ ilə mümkün yaxınlaşmanın nəticələri barədə xəbərdar edib.

KONKRET.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa Birliyinə üzvlüyünə doğru atdığı addımın Avrasiya İqtisadi Birliyindəki iştirakını davam etdirməyə maneə yaradacağını deyib.

Lavrov xarici siyasət seçiminin Ermənistan xalqının və ölkə rəhbərliyinin suveren hüququ olduğunu, lakin eyni vaxtda iki ittifaqda üzvlüyün istisna edildiyini bildirib. O, həmçinin vurğulayıb ki, Moskva Erməni Apostol Kilsəsi ətrafındakı vəziyyəti narahatlıqla izləyir.

Bu fonda Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında qeyd olunur ki, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aktiv iştirakını 2026-cı ildə bərpa etməsi ehtimalı azdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
60
konkret.az

1Sources