EN

BMT-nin baş katibi xəstələndi, Davosa səfəri təxirə düşdü

BMT-nin baş katibi Antonio Quterreş soyuqdəymə səbəbindən Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davos şəhərinə səfərini ləğv edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmisi Rolando Qomes məlumat verib.

“Təəssüf ki, baş katib Davosda keçirilən forumun illik toplantısında iştirakını ləğv etmək məcburiyyətində qaldı. Onun şiddətli soyuqdəyməsi var”, – deyə BMT rəsmisi bildirib.

Chosen
130
7
konkret.az

8Sources