EN

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb » AzadMedia.az


Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb.

Saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.

Qatarlardan bir dəqiqə ərzində fit verilib.
Chosen
89
9
azadmedia.az

10Sources