EN

Kişineuda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Kişineu, 20 yanvar, AZƏRTAC

Moldovanın paytaxtı Kişineuda 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlikdə keçirilən anım tədbirində Moldova Xarici İşlər Nazirliyinin rəsmiləri, diaspor fəalları, Moldovada yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.

Əvvəlcə “Qanlı Yanvar” hadisələrinə aid fotosərgiyə baxış keçirilib. Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Chosen
105
azertag.az

1Sources