ABŞ Prezidenti Donald Tramp diplomatiya tarixinə keçəcək bir paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, "Truth Social" hesabında paylaşılan fotoda masanın üstündəki dünya xəritəsində Kanada, Venesuela və Qrenlandiyanın ABŞ torpaqları kimi göstərilməsi “işğal siqnalı” kimi şərh edilib.
Trampın Venesuelaya qarşı hücum və hərbi əməliyyat planları, dövlət başçısı Nikolas Maduronun hakimiyyətdən götürülməsi və Qrenlandiya ilə bağlı addımlar gündəmdə qalarkən, etdiyi yeni paylaşım müzakirələrə səbəb olub.
Fotoşəkildə Tramp və Avropa liderlərinin birgə görüşü görünür. Masanın yanında yerləşən dünya xəritəsində isə Kanada, Qrenlandiya və Venesuela ABŞ torpaqları kimi təsvir edilib.