Bakı. Trend:
Aİ-nin prioritetlərindən biri vahid, qarşılıqlı əlaqəli vəəlçatan enerji bazarının, tamdəyərli Enerji İttifaqınınyaradılmasıdır.
Trend xəbər verirki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der LyayenDavosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarınaünvanladığı xüsusi müraciətində bildirib.
“Enerji həm şirkətlər, həm də ev təsərrüfatları üçün ‘dar boğaz’olaraq qalır. Avropanın elektrik enerjisi habları arasında qiymətfərqlərinə nəzər salmaq kifayətdir. Avropaya bütün elementləribirləşdirən vahid enerji planı lazımdır. Bu, əlçatan enerjitəminatı üzrə fəaliyyət planımızdır. Məsələn, biz enerjitəhlükəsizliyinə və müstəqilliyinə interkonnektorların vəşəbəkələrin inkişafı vasitəsilə genişmiqyaslı investisiyalaryatırırıq.
Söhbət bizim maksimum dərəcədə fəal irəlilətməyə can atdığımızöz enerji mənbələrimizin inkişafından , nüvə enerjisinin vəbərpaolunan enerji mənbələrindən gedir. Məqsəd qiymətləri aşağısalmaq, asılılığı azaltmaq, qiymət dəyişkənliyinə,manipulyasiyalara və tədarükdə fasilələrə son qoymaqdır. Lakin indibu keçidi sürətləndirməliyik, çünki öz etibarlı, dayanıqlı və ucuzenerjimiz iqtisadi artımımızı stimullaşdıracaq, avropalılarınrifahını təmin edəcək və müstəqilliyimizi möhkəmləndirəcək”, – deyəo bildirib.
Ursula fon der Lyayen vurğulayıb ki, ticarət, biznes, kapital vəenergetika məsələlərində Avropa təcili fəaliyyət zərurətini dərketməlidir.