EN

Babək rayonunda içməli su problemi yaşanırVİDEO

Bir müddədir ki, Babək rayonunun Payız kəndində içməli su təminatı ilə bağlı problem yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yeraltı su mənbəyindən çıxan suyun toplanması və boru xəttinə ötürülməsi üçün qurulan kaptajdan səmərəli istifadə olunmur.

Elə buna görə də kənddə su qıtlığı hökm sürür. 

Kənd sakinləri eyni su mənbəyindən istifadə edən yaxınlıqdakı Cəhri qəsəbəsinə daha çox suyun verildiyini, elə buna görə də kənddə içməli suyun çatışmadığını iddia edirlər.

Məsələ ilə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, mütəxəssislər ərazidə araşdırmalar aparıb və qısa zamanda problemin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
153
1
xezerxeber.az

2Sources