EN

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilmiş neftin həcmi məlum oldu

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 705,7 milyon ABŞdolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,505 milyon tonhəcmində xam neft və neft məhsulları idxal edib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 243,2 milyon ABŞ dolları və ya 25,6 faiz, həcmbaxımından isə 219 min ton və ya 12,7 faiz azdır.

Həmin müddət ərzində Azərbaycan Rusiya, Qazaxıstan, İraq vəBöyük Britaniyadan neft alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatınaəsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neftməhsulları üzrə 22,1 milyon ton həcmində ixrac həyata keçirilib vəbu ixracın dəyəri 11,5 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 1,8 milyard ABŞ dolları və ya 13,5% azalıb, həcmifadəsində isə 576 min ton və ya 2,7% artıb. Qeyd olunanməhsulların ixracı 2025-ci ilin ilk 11 ayında ümumi ixracın49,21%-ni təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan 390,3 milyon ABŞdolları dəyərində 671,1 min ton xam neftlə yanaşı, bitumlusüxurlardan əldə edilmiş neft və neft məhsulları, eləcə dətərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsullarıolan məhsullar da ixrac edilib.

Məqalədə:
Chosen
118
az.trend.az

1Sources